Karib dənizində Sualtı Heykəl Parkı

Sualtı Heykəl Parkı Karib dənizinin dibində, Qrenadanın sahilində yerləşən unikal bir muzeydir. İngilis heykəltəraşları və ekoloji hərəkatın nümayəndəsi Jason Taylor tərəfindən yaradılan ilk eksponatlar 2006-cı ildə dənizin dibinə qoyulub.

Sualtı abidələrin qeyri-adi kolleksiyası hər il artırılır. İndi su altında 65 eksponatı görə bilərsiniz. Heykəllər 800 kvadrat metr sahədə, təxminən üç metr dərinlikdə yerləşir.

Jason Taylorun layihəsi, mədəni komponentə əlavə olaraq, yerli dəniz mühitinin balansı və yabanı ekosistemin bərpası üçün vacibdir. Əslində, heykəllər süni riflər rolunu oynayaraq molyuskaların, yosunların artmasına, bununlada biokütlənin yaranmasına yardım edir. Belə ki, 2004-cü ildə Qrenadanı vuran qasırğanın mənfi təsirləri və bölgədəki aktiv su idmanı ilə məşğul olan turistlərin sayının artması sualtı dünyanın inkişafına mənfi təsir göstərmişdi.