Legionella ilə mübarizədə fərqli üsullar mövcud. Bu üsullardan birini də Aqualink firması təqdim edir. Xüsusilə otel və xəstəxanaların Legionella ilə mübarizəyə daha çox diqqət göstərməsi vacibdir.
Legioner xəstəliklərinin 90%-indən çoxuna səbəb olan Legionella Pneumophila, Legionellaceae ailəsinə mənsub çubuq şəklində bir bakteriyadır. İctimai məqsədli istifadə edilən sularda ümumiyyətlə Legionella Pneumophila bakteriyası var və bakteriyanın verəcəyi zərəri önləmək üçün xüsusi tədbirlər görmək lazımdır. Bakteriya, öldürücü dərmanlara qarşı da olduqca dayanıqlıdır. Legionella bakteriyası az miqdarda çaylarda, göllərdə və yeraltı sularda mövcuddur. Burada bakteriyaların sıxlığı az olduğundan ümumiyyətlə xəstəlik törəməsində zəifdir; lakin əlverişli inkişaf şərtləri meydana gəldiyində bakteriyalar sağlamlıq üçün təhlükə meydana gətirəcək qədər çoxalır. Legionella, səth və içmə suyu şəbəkələrinin daxili girişlərindən keçərək binaların su sistemlərinə çatır. İsti su sistemlərindəki bəzi vəziyyətlər (zəif axın, aşağı temperatur və s.) durğun sular və servisi düzgün edilməmiş su çənləri Legionellaların böyüməsi üçün əlverişli şəraiti təqdim edir. Legionella, 25 və 46 ° C arasındakı temperaturda bol miqdarda törəyir və bir çox kimyəvi dezenfektandan və dezinfeksiya texnologiyasından qorunduğu biofilmlərdə yaşayır. Biolfilm ümumiyyətlə bir yerə gəlmiş müxtəlif mikroorganizmalardan ibarətdir laydır. Bu mikroorqanizmlər bir-birinə və eyni zamanda tək bir substrata bağlı ya da orqanizmlər tərəfindən yaradılmış polimerik xüsusiyyətdəki orqanik bir parçaya tamamilə və ya qismən birləşmiş haldadır. Qelə bənzəyən bu biofilm mikroorqanizmlər üçün ideal böyümə şəraitlərini saxlayır və bakteriyalara ən etibarlı qorumanı təmin edir. İctimai/kommersiya binalarında Legionella bakteriyası yayılma fürsəti tapa biləcək çox sayda qaynaq mövcuddur. İsti su sistemləri, soyuq su sistemləri, soyutma qüllələri, Spa və su bulaqları potensial risk daşıyan qaynaqlardan bəziləridir.
Legionella bu gün cəmiyyət tərəfindən çox bilinmir. Ölkəmizdə ümumiyyətlə bu sətəlcəm zənn edilir və bir çox insan təəssüf ki, bu səbəbdən həyatını itirir. Bu mövzu əslində olduqca əhəmiyyətli və həssasdır. Legionellaya qarşı fərqli üsullarla mübarizə aparmaq mümkündür. Bu üsullardan birini də AQUALINK firması təqdim edir. Bu bakteriyaya qarşı xüsusilə otel və xəstəxanalarda çox diqqət göstərilməsi vacibdir və əgər sağlam bir həyat istənirsə içilən və yuyunulan suyun təmiz olması gərəklidir. Bu bakteriya son dərəcə dayanıqlıdır. Əsasən zəyif təzyiqli isti su sistemlərində, durğun sularda və ya baxımı düzgün edilməmiş isti su çənlərində formalaşmış biofilm təbəqəsi, Legionella və digər mikroorqanizmlər üçün qoruyucu bir həyat mühiti təmin edir. Bakteriyalar 25 ilə 46 ° C arasındakı biofilm mühitində törəyir və həyatını davam etdirir. Bu bakteriyalar sağlamlıq baxımından böyük bir risk təşkil edir. Suyun dezinfeksiyası içmə suyunun istehlak edildiyi binalarda, xüsusilə yuyunma və duş suyunun istifadə olunduğu yerlər baxımından böyük bir əhəmiyyət daşıyır. Su dezinfeksiyasının əhəmiyyətli olduğu bir başqa sahə isə soyutma qüllələri və evaporatip kondensatorlar kimi su tozu havaya püskürdüldüyü tətbiq sahələridir.
AQUALINK® Xlordioksid, canlı hüceyrələrdə olan daşıyıcı zülalları bir daha yaranmayacaq şəkildə yox edərək sudakı mikroorqanizmləri öldürür. AQUALINK® Xlordioksid, yüksək redoks potensialına görə digər dezinfeksiya edicilərlə müqayisədə virus, bakteriya, göbələk və tək hüceyrəli kimi mikroorqanizmləri və yoluxucu canlıları dezinfeksiya etmədə daha çox təsirlidir. Xlor kimi maddələrlə müqayisədə oksidləşmə potensialı çox daha yüksək olduğundan kimyəvi məhlulun az miqdar dozada tətbiqinə ehtiyac duyulur. Legionella kimi xlora dayanıqlı mikroorqanizmlər xlordioksid metodu ilə tamamilə yox edilir. Xlor və ya hipoxlorid ilə müqayisədə AQUALINK® Xlordioksid'in ən əhəmiyyətli üstünlüyü, biofilm üzərindəki təsiridir. Biofilmi aşağı dozalarda belə tədricən dağıdır. 1 ppm sıxlığında AQUALINK® Xlordioksidi biofilmdəki mövcud bütün Legionella bakteriyalarını 18 saat içində tamamilə yox edir. 1,5 ppm sıxlığında AQUALINK® Xlordioksidi istifadəsiylə eyni müddət içində biofilmdə əhəmiyyətli bir daralma əldə ediləcəkdir. Ayrıca AQUALINK® Xlordioksidin dezinfeksiya gücü pH dəyərindən asılı deyildir.
Xlordioksid, Xlora görə çox daha üstündür...
Xlordioksid əslində qaz formasında olan bir kimyəvi maddədir. Yaxın bir zamana qədər qablaşdırılıb, satışa çıxarılması mümkün deyildi. Çünki bu məhlulun yalnız generatorla yerində reaksiya ilə alınıb istifadə edilməsi lazım idi. Lakin Xlordioksidi artıq patentli bir qarışıqla, qablaşdırıb maye bir formada satışa təqdim etmişik. Türkiyədə Səhiyyə Nazirliyi tərəfindən ilk maye Xlordioksid sənədi alan AQUALINK® Xlordioksididir. Bu seriyadan olan məhsulumuz AQUALINK® BIOCIDE, soyutma sistemləri üçün təsirli və geniş spektrli bir dezinfeksiya edici vasitədir. Davamlı olaraq bakteriyalara, göbələklərə, su yosunlarına və viruslara qarşı mübarizə üçün əlverişlidir. Məsələn, təhlükəli legioner virusuna qarşı təsirli bir şəkildə mübarizə aparır və bununla yanaşı istifadəsi və tətbiqi ilə saysız üstünlükləri təmin edir. Məhsulun yüksək konsentrasiyası səbəbiylə az miqdarda Xlordioksidin istifadəsi birbaşa işlənən suyun içərisində kafi miqdarlarda məhsulun olmasına yetərlidir. AQUALINK® BIOCIDE, Xlordioksidli anyonların qeyri-üzvi maye qarışığı və suya asanca, qalıqsız şəkildə qarışdırılır. Dozaj pompasıyla sadə şəkildə əlavə olunur. Çox təsirli bir dezinfeksiyaedicidir və istifadə sahəsi çox genişdir. İçməli suyu dezinfeksiyası daxil olmaqla, səth dezinfeksiyası, Legionellaya qarşı mübarizədə, xəstəxanalarda, otellərdə istifadə edilməsi tövsiyə edilən bir məhsuldur. Bununla yanaşı, heyvandarlıqda, toyuqların içmə suyunda istifadə edilir. Sudan istifadə edilən, mikrobiolojik problemlərin olduğu xəstəxanalar və daha bir çox yerlərdə istifadə edilir. Gün keçdikcə Türkiyədə, Azərbaycanda, Gürcüstanda və İranda da məmnun istifadəçiləri artan AQUALINK® Xlordioksidinin Xlora görə bir çox üstünlüyü var. Qat-qat daha təsirli və daha güclü oksidləşməyə malik, daha zərərsiz, içmə sularında dad və qoxu dəyişikliyinə yol verməyən Xlordioksidin istifadəsi Xlordan daha üstündür.
Sertifikatlı, patentli məhsulumuz AQUALINK® XLORDİOKSİD !!!