İçməli suyun təmizlənməsi – fiziki və zərərli kimyəvi qatqıların, xəstəlik törədən mikroorqanizmlərin kənarlaşdırılması məqsədi ilə həyata keçirilir. Əlavə olaraq, suyun təmizlənməsi zamanı digər müsbət keyfiyyətlər də əldə olunur: suyun yumşalması, orqanoleptik xüsusiyyətlərinin yaxşılaşması, duz tərkibi və dəmir səviyyəsinin azalması. Lakin müxtəlif yerlərdə suyun tərkibi fərqlənir ki, bu da zəruri təmizləmə prosedurlarının qaydası və həcminə təsir edir. Bu səbəblərə görə suyun təmizləmə (su filterlərini) üsulunu seçən zaman bir sıra vacib faktorları nəzərə almaq lazımdır.
Mərkəzləşdirilmiş su təchizatlı mənzillərdə su ilkin su hazırlığı və filtrasiyasından sonra daxil olur və bu suyun təmizliyi və yararlığı dörd göstərici üzrə qiymətləndirilir:
Lakin su təmizləyici müəssisələr tərəfindən istifadə olunan hətta peşəkar su filtrasiya avadanlıqları (su filterleri, su filterləri) belə suyun kifayət qədər təmizliyini təmin edə bilmir. Məsələ burasındadır ki, ilkin təmizləmədən sonra su yekun istehlakçıya çatmazdan öncə, bəzən uzun illər dəyişdirilməyən su ötürücü şəbəkələrdən keçib gedir. Bu vaxt ərzində boruların divarlarında suyun tərkibinə mənfi təsir göstərən duzlar və kimyəvi qatqı çöküntüləri yığılır. Buna görə də mətbəxdə, qabyuyan maşınlar, yemək bişirmək və içməli su üçün əlavə su filtrasiya sisteminin quraşdırılması tövsiyyə olunur.
Bu, xarici faktorlarla yanaşı həm də çöküntü səviyyəsi və təbii minerallaşma dərəcəsi ilə də bağlıdır. Bir çoxları su filtrasiyası əvəzinə butulkalaşdırılmış içməli suyu almağa üstünlük verir. Amma bu üsul olduqca məsrəflidir və isitmə sistemi, paltaryuyan maşın, təmzilik və gigiyenik prosedurlar kimi texniki ehtiyaclarla bağlı su təchizatı problemini həll etmir.
Yuxarıda qeyd olunan halları nəzərə alaraq, içməli suyun filtrasiya sisteminin (su filterleri, su filterləri) seçimi məsələsinə fərdi yanaşmaq lazımdır. Ərazinizə aid göl və qrunt sularının xüsusiyyəylərini təhlil etmək, həmçinin su filtrasiyası üçün nəzərədə tutulan konstruksiya və su filtrasiya cihazını düzgün təyin etmək lazımdır. Su filtrasiya sisteminin seçimi çox vaxt su təmizləyici modulların ayrı-ayrı növlərinin üstünlüyündən asılı olur.
Su filtrasiya sistemlərinin (su filterlerinin, su filterlərinin) növləri
Su filtrasiyası üçün müasir avadanlıq – konstruktiv xüsusiyyətləri, növü və su filtrasiya dərəcələri, həmçinin təmizləmə pillələrinin sayı ilə fərqlənir. Su təmizləyici cihazlar çox vaxt üç təmizləmə pilləsi ilə quraşdırılır.
Suyun mexaniki filtrasiyası: Bu mərhələdə qum, pas, lil kimi xarici cisimlər kənarlaşdırılır. Bunun üçün polipropilen filtr və yaxud kapron şnur, kömür filtri və polipropilen kartricdən ibarət olan sistemdən istifadə olunur.
Suyun ion mübadiləsi yolu ilə təmizlənməsi: Bunun nəticəsində suyun yumşaqlığı artır ki, bu da suyu yuyunma və içmə üçün yararlı edir.
Xlor və orqanik birləşmələrin kənarlaşdırılması: Bu prosses aktivləşdirilmiş kömür vasitəsi ilə həyata keçirilir və nəticədə suyun dadı, qoxusu və rəngi yaxşılaşır.
Suyun keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə əlavə filtrasiya və zərərsizləşdirmə pillələrindən istifadə olunur. Məsələn, suyun əks osmos membranası ilə filtrasiyası. Bu üsulun nəticəsində suyun 99%-lik təmizlik göstəricisinə nail olmaq mümkündür. Bu pillə kompleks şəkildə istifadə olunur. Bundan əvvəl çox vaxt modifikasiya olunmuş poliefirsulfon (PES) əsaslı ultrafiltrasiya kartricləri quraşdırılır ki, əks osmos membranasının qorunması və membrananın istismar müddətinin uzadılması məqsədi daşıyır, bundan sonra isə - suyun vacib mikro - və makroelementləri ilə zənginləşdirilməsi üçün istifadə olunan mineralizatorlar.
Geniş istifadə olunan filtrasiya sistemləri
Bardaq filterləri
Bunlar masaüstü cihazlardır və suyun keyfiyyətindən asılı olaraq kartrici dəyişmədən 450 litrədək suyu təmizləyə bilirlər. Filtrləyici komponentlər qismində əsasən qumşəkilli, presləşdirilmiş və yaxud bişmiş şəkildə olan aktivləşdirilmiş kömür, ionmübadiləli qatran, polipropilen lif çıxış edir. Ev şəraitində suyun bu cihaz ilə filtrasiyasının mənfi tərəflərinə - təmizlənmə dərəcəsinin və surətinin aşağı olmasını, filtrin tez-tez dəyişdirilməsi zərurəti qeyd olunur
Sərt və ibtidai təmizləmə filterləri
Bilavasitə boruların içərisində quraşdırılır və suyun çirk, qum və pas kimi iri cisimlərdən təmizlənməsi üçün nəzərdə tutulub. Bu filtrlər su borusunu, məişət texnikasının konstruktiv elementlərini çirklənmədən qoruyur, magistral filtrasiya sistemlərinin ömrünü uzadır. Bu tip filtrlər suyun quyudan çıxdığı yerdə və ya bağ evlərində quraşdırılmalıdır.
Əks osmos sistemləri
Bu qurğular hazirda dünyada çox geniş istifadə olunur. Çoxpilləlidir və suyun artıq qatqılardan təmizlənməsi üçün istifadə olunur.
Suyun əks osmos ilə filtrasiyası bir neçə mərhələdə həyata keçirilir:
Bu cür su filtrasiya sistemləri (su filterleri, su filterləri) çox vaxt əlavə kranın salınması yolu ilə teştin alt tərəfində quraşdırılır. Bu cür cihazların üstünlüyü —-digər filtrlərin nail ola bilmədikləri maksimal təmizləmə dərəcəsi. Mənfi tərəfi – suyun tərkibindəki faydalı mineralların kənarlaşdırılmasındadır ki, bu faktor həmçinin suyun dadına da təsir edir. Bu səbəbdən də bu cür filtrlər mineralizatorlar ilə birgə istifadə olunur.
Ən mükəmməl su filtrasiya sistemi (su filterleri, su filterləri) hər kəs üçün fərdidir. Bəziləri üçün standart üçpilləli təmizləməni quraşdırmaq kifayətdir, digərləri isə əks osmos filtrindən istifadə etməyə, bundan sonra isə suyu zəruri minerallar ilə doldurmağa vərdiş ediblər. Lakin filtrasiya sisteminin quraşdırılması zamanı konkret ərazidəki suyun xüsusiyyətlərini nəzərə almaq vacibdir, çünki yüksək dəmir tərkibindən və ya torpaq və yaxud gilin iri cisimlərindən güclü təmizlənməyə ehtiyac ola bilər.