SU SİSTEMLƏRİ ÜZRƏ MEXANİKA MÜHƏNDİSİ
İş barədə məlumat
Aqualink MMC
- "Aqualink MMC" şirkəti ölkəmizdə 10 ildən artıqdır ki, su sistemləri və kimyəvi maddələrin təchizatı sahəsində fəaliyyət göstərir
- Fəaliyyət sahəmiz məişətdə, sənayedə, səhiyyədə və s. sahələrdə su təmizliyini, tullantı su sistemlərinin hazırlanmasını, su təmizləyici qurğuların quraşdırılmasını, montajını və servisini, o cümlədən geniş çeşidli kimyəvi maddələrimizin satışını həyata keçirməkdir
- Şirkətimiz Almaniyanın, İtaliyanın, Danimarka, Türkiyə və İsveçrənin bir sıra şirkətlərinin Azərbaycan nümayəndəliyini həyata keçirir
- Ən yaxşı iş mühiti və şirkətin daxilində inkişaf etmək imkanı verən müasir və ixtisaslaşmış şirkətə qoşulacaqsınız
- Əsas vəzifələr korporativ müştərilərə texniki dəstək vermək bacarığı ilə sistemlərdə problemlərin aradan qaldırılması
Namizədə tələblər
- Ali təhsil (İnşaat mühəndisi, hidrotexnik, Kimya mühəndisi) – (Bakalavr və ya magistr dərəcəsi)
- İngilis və ya rus dili (orta səviyyə)
- Peşəkar fəaliyyət üzrə təcrübə (1 ildən çox)
- Qazanxana və istilik sistemlərindən anlayış
- Çiler, soyutma və santexnika sistemlərindən işləmə təcrübəsi
- Avtomatik və elektron sistemlə işləyən avadanlıqlarla işləmə təcrübəsi
- Müvafiq sahə üzrə idarəetmə təcrübəsi (kollektivin idarəedilməsi)
- Məqsədyönlü və işinə məsuliyyətli yanaşan
- Qavrama və öyrənmə bacarığı yüksək olan
- Səlis danışıq qabiliyyəti
- Dəqiqlik, səbirlilik
- "Su təchizatı, su və çirkab su sistemləri" sahələri üzrə təcrübə
- Ezamiyyətə gedə biləcək namizədlərə üstünlük veriləcəkdir
- Sürücülük vəsiqəsi mütləqdir, şəxsi nəqliyyat vasitəsi olanlara üstünlük veriləcəkdir
İş rejimi:
- Həftə içi saat 09:00-dan -18:00-dək
- Əmək haqqı: 600 manat + bonus