Əks Osmos Sistemləri

Əks Osmos (RO) su molekullarını yarımkeçirici membrandan keçirməyə məcbur etmək üçün təzyiqdən istifadə edərək sudan çirkləndiriciləri çıxaran suyun təmizlənməsi prosesidir. Bu proses zamanı çirkləndiricilər süzülür və yuyulur, təmiz, dadlı içməli su qalır.


Xüsusiyyətləri


Əks Osmos sistemləri qazanxana,ümumi istilik şəbəkələri, xəstəxana, dializ mərkəzləri, laboratoriyalarda,  kimya sənayesi və  su istehsalında istifadə olunur.  Pirogenləri və bakteriyaları aradan qaldırır, çirkab su problemləri yaratmır. Emal olunan suda 90% üzvi maddələr,98-99% isə qeyri-üzvi duzlar aradan qaldırılır.


Üstünlükləri


Turşu və qələvilərin istifadəsi tələb olunmur. Kompakt dizayna malik olduğuna görə iş sahəsinə qənaət edir. Qurğuların yüksək iş keyfiyyəti və etibarlılığı xidmət prosesini və xərcləri minimuma endirir.


Qurğunun təsviri


Standart modulların istehsal gücü: 50 l/saat-60 m3/saatdır. Müştərinin tələblərinə uyğun olaraq əks osmos qurğuları həm  standart, həm də modul seriyası ilə fərdi istehsal olunur. Qurğular yüksək keyfiyyəli seçilmiş elementlərlə komplektləşir.  Sistemlər elektron idarə olunur və suyun keyfiyyətinə avtomatik rejimdə nəzarət ilə çalışır.