Koteynerdə quraşdırılan su təmizləmə sistemlərı

Elektrik stansiyası üçün quraşdirilan konteynerdə qazanxana, yüksək təzyiqli buxar turbinləri və içmə suyunun hazırlanması nəzərdə tutulub. Buraya aktivləşdirilmiş karbon filtri, su yumşaldıcı, dozaj qurğusu, torba filtrləri, iki mərhələli Əks Osmos sistemi, turşuluğu azaldan qurğu və idarəetmə paneli daxildir. Tam komplektləşdirilmiş konteyner tipli hazır sistem kondisioner və işıqlandırma ilə də təmin olunub.

 

İş prinsipi

Suyun hazırlanması filtrasiya, yumşaltma və demineralizasiya kimi bir neçə mərhələdən  ibarətdir. Bütün proses mərkəzi nəzarət paneli vasitəsi ilə tənzimlənir. Bu tip stansiyalar yerində quraşdirilmalıdır. İstifadəçi və yaxud podratçınin su təmizləmə sistemləri üçün kifayət edəcək yeri yoxdursa və yaxud yeni yerin tikilməsi iqtisadi cəhətlərdən sərfəli deyilsə o zaman bu tipli hazır stansiyaların quraşdırılması sizin üçün optimal variant ola bilər.

Aqualink şırkəti bu günə qədər bir çox müxtəlif müəssisə və təşkilatlar üçün onların onları müştərinin tələb və istəklərinə uyğun layihələndirilmiş konteyner tipli hazır stansiyalar istifadəyə vermişik. Aşağıda müxtəlif nümunələrlə tanış ola bilərsiniz.

6x2.45 m ölçülərində konteynerdə quraşdirilaraq tam təchiz olunmuş,  suyun demineralizasiyası üçün nəzərdə tutulan su təmizləmə stansiyası aktivləşdirilmiş karbon filtri, Əks Osmos sistemi, su yumşaldıcı və dozaj qurğusu ilə təchiz olunub.

TFB 20 tipli təzyiq filtrlərindən ibarət 12x2,45 ölçülü, 90 m³ / saat həcminə malik stansiya  suyun oksidləşməsi və filtrasiyası üçün nəzərdə tutulub.