Hazır paket təmizləmə
sistemləri
Tullantu
su sistemləri, məişət tipli tullantı sularının təmizlənməsində istifadə edilən ən
əlverişli sistem olan ardıcıl kəsikli reaktor (SBR) prinsipi ilə işləməkdədir.
Xam tullantı suyu əvvəlcə səbət tipli süzgəcdən keçərək qatı maddələrdən təmizlənir
və ön çökdürmə hovuzunda toplanılır. Daha sonra bioloji təmizləməyə başlamazdan
öncə balans hovuzunda depolanır. Balans hovuzundan doldurulan su istəyə görə
hava ilə qarışdırılır. Buradan bir dalğıc pompası ilə alınan çirkli su reaktora
verilir və reaktordakı aerobik bakteriyaların köməyi ilə tullantı suyun təmizlənməsi
həyata keçirilir. Aerobik bakteriyaların ehtiyacı olan hava çənin daxilində
olan bloverin (blower) köməyi ilə verilir.
Beton sistemlər
Blover
(blower) verilən hava reaktora hava difüzorları yardımı ilə qaqbarcıqlar
halında paylaşdırılır. Havalandırma prosesinin sonunda çökdürmə prosesi
aparılır və aktiv palçıq olaraq ifadə edilən bioloji kütlə aşağı çökdürülərkən
təmiz su yuxarıda qalır. Təmizlənmiş su reaktor daxilindəki dalğıc pompası ilə
alınır və çənə desarj edilir. Desarj zamanı təmizlənmiş su davamlı olaraq
natriumhipoxlorid ilə dezinfeksiya edilir.
Aqualink Caspifloc multi baryerli qoruma
Aqualink
Caspifloc paket su təmizləmə sistemi təmizlənməsi çətin olan yerüstü suları,
yeraltı suları, sənaye prosesi suları və çirkab suları üçün çox mərhələli
qoruma təmin edir. Aqualink Caspifloc ultra-incə dizayn paketi yüksək sürətli
çökdürmə, adsorbsiya və durultma, qarışıq media filtrasiya və sifarişə bağlı əlavə
UV dezinfeksiya ilə orijinal sistemimizin ən son yeniliyidir. Yeni CaspiFloc
sisteminin multi baryer təmizləmə mərhələləri üstün və effektiv olaraq yüksək
tullantı su təmizləmə performansı təmin edir.
Boz su təmizləmə
sistemləri
Məişət
tullantı suları qara və boz su olmaq üzrə iki kateqoriyaya ayrılır . Digər
tullantı suları ilə müqayisə edildiyi zaman boz suyun tərkibində olduqca az bəsləyici
maddə (nutrient) vardır . Bu səbəblə təmizləmə xərcləri çox azdır, təmizlənməsi
daha asandır və əlavə dezinfeksiyaya ehtiyac yoxdur . Boz su duşdan, hamamdan, əl
-üz yuyandan, mətbəxdən, qabyuyan -paltaryuyan maşından gələn sulardır . Təmizlənmiş
boz su əkinçilikdə sulama, tualet çənləri, bəzək hovuzları, sənaye və ya
texniki məqsədlə istifadə edilir. Greyline boz su təmizləmə texnologiyası
Aqualine PTFE MBR sistemlərinə əsaslanır . İstifadəyə hazır olan standart
sistemlər olduğu kimi, sifariş əsasında tədarükçüləri üçün xüsusi sistemlər də
hazırlanır.
MBR sistemləri
MBR sistemləri
maye qatı seqreqasiyası üçün son çökdürmə hovuzu yerinə mikro məsamə diametrli
membranların istifadə etdiyi asqıda böyüyən aktiv palçıq sistemləridir . MBR
biolojik olaraq parçalana bilən komponentlərin, mikrobların, bulanıqlığın, səthi
aktiv maddələrin təmizlənməsi məqsədi ilə istifadə edilə biləcək yüksək çıxış
suyu keyfiyyətinə sahib, baxım və müəssisə xərcləri az olan yeni bir
texnologiyadır . Şərti tullantı su təmizləmə sistemlərinə nisbətən üstünlükləri
üzvi maddələrin atılmasında yüksək göstəricidə olması, təmizlənməsi çətin olan
tullantılara tətbiq edilə bilməsi, müssisələrdə istehlak həsminin artmasına şərait
yaratması, az palçıq verməsi, çıxış suyunun yüksək keyfiyyətdə dezinfeksiyası,
yüksək yükləmə sürəti, daha az kirlənmiş palçıq meydana gəlməsi və reaktor üçün
ehtiyac hiss edilən sahənin kiçik olması sayıla bilər.