Tibbi tullantı suları üçün utilizasiya sistemləri

Xəstəxana və labaratoriyaların tibbi maye tullantıları “Tibbi Tullantıların Nəzarəti üzrə Tənzimləmə”-yə əsasən birbaşa olaraq kanalizasiyaya axıtmaq olmaz. “Utilizasiya Sistemləri”-nin məqsədi, tibbi maye tullantılarının kanalizasiya şəbəkəsinə axıdılması üçün uyğun hala gətirilməsidir

Zərərsizləşdirmə çənində olan tibbi maye tullantılarının kanalizasiyaya axıdılması zamanında, pH nisbəti 6-9 aralığında olmalı və zəruri mikrobioloji dezinfeksiya təmin edilməlidir. pH nisbətinin uyğun olmadığı hallarda turşu və s. əlavə edilərək şərtlər əlverişli hala gətirilməli, tibbi tullantı mayelərinin dezinfeksiyası üçün güclü bir dezinfektant istifadə edilməlidir.

Sistemdə nəzərdə tutulan dezinfeksiyaedici məhlul Steridezdir. Steridez, xlordioksid tərkibli bir dezinfeksiyaedici məhluldur.

Xlordioksid bakteriya və viruslar üzərində xlordan qat qat daha yüksək oksidləşmə gücünə malikdir və Mycobacterium Tuberculosis- ə qarşı 100% təsirlidir.

Aqualink şırkəti olaraq layihələndirmələrdən sonra quraşdırdığımız, müntəzəm olaraq nəzarət etdiyimiz Steribox® utilizasiya sisteminin, ümumi olaraq iş prinsipi bu şəkildədir. Sistem avtomatlaşdırılmış idarəetmə paneli ilə idarə olunur.

Xəstəxana və ya labaratoriyaların olduğu yerlərdə, su və kanalizasiya idarəsi tərəfindən tullantı suların kanalizasiyaya axıdılması göstərilən parametrlər üçün, nümunə alınması və yenə analiz nəticələri sistemimizdə qeydiyyatı aparılaraq hesabat verilməkdədir.

  1. Sistemin əməliyyat müddətinin onlayn müşahidəsi təmin edilir
  1. Alına bilən ve müşahidəsi təmin edilən hesabatlar
  • Həyəcan siqnalları
  • Tarix və saat
  • İstifadə edilən nümunələrin müddəti
  • İşləmədiyi müddət
  • İşlədiyi müddət
  • pH dəyərləri
  • Temperatur
  • Dezinfeksiya və dezinfeksiya formaları
  • Dezenfektan və dezenfektanların konsentrasiyası
  • Dezenfektan və dezenfektanların tsir müddəti
  • Tullantı dezenfektan konsentrasiyası
  • Tullantı miqdarı
  • Kimyəvi çənlərin izklənməsi
  • Emal olunan məlumatların ötürülməsi
Sistem xüsusiyyətləri:
Sistem girişinde təmizlənəbilən partikul filtri mövcuddur. Sistemin tibbi tullantı suyu toplama ve emal çənləri paslanmaz materiallardan hazırlanıb.