Tibbi tullantı suları üçün utilizasiya sistemləri

Xəstəxana və labaratoriyaların tibbi maye tullantıları “Tibbi Tullantıların Nəzarəti üzrə Tənzimləmə”-yə əsasən birbaşa olaraq kanalizasiyaya axıtmaq olmaz. “Utilizasiya Sistemləri”-nin məqsədi, tibbi maye tullantılarının kanalizasiya şəbəkəsinə axıdılması üçün uyğun hala gətirilməsidir

Zərərsizləşdirmə çənində olan tibbi maye tullantılarının kanalizasiyaya axıdılması zamanında, pH nisbəti 6-9 aralığında olmalı və zəruri mikrobioloji dezinfeksiya təmin edilməlidir. pH nisbətinin uyğun olmadığı hallarda turşu və s. əlavə edilərək şərtlər əlverişli hala gətirilməli, tibbi tullantı mayelərinin dezinfeksiyası üçün güclü bir dezinfektant istifadə edilməlidir.


Sistemdə nəzərdə tutulan dezinfeksiyaedici məhlul Steridezdir. Steridez, xlordioksid tərkibli bir dezinfeksiyaedici məhluldur.

Xlordioksid bakteriya və viruslar üzərində xlordan qat qat daha yüksək oksidləşmə gücünə malikdir və Mycobacterium Tuberculosis- ə qarşı 100% təsirlidir.


Aqualink şırkəti olaraq layihələndirmələrdən sonra quraşdırdığımız, müntəzəm olaraq nəzarət etdiyimiz Steribox® utilizasiya sisteminin, ümumi olaraq iş prinsipi bu şəkildədir. Sistem avtomatlaşdırılmış idarəetmə paneli ilə idarə olunur.
Xəstəxana və ya labaratoriyaların olduğu yerlərdə, su və kanalizasiya idarəsi tərəfindən tullantı suların kanalizasiyaya axıdılması göstərilən parametrlər üçün, nümunə alınması və yenə analiz nəticələri sistemimizdə qeydiyyatı aparılaraq hesabat verilməkdədir.


Sistem xüsusiyyətləri:

Sistemin əməliyyat müddətinin onlayn müşahidəsi təmin edilir
Alına bilən ve müşahidəsi təmin edilən hesabatlar
Həyəcan siqnalları
Tarix və saat
İstifadə edilən nümunələrin müddəti
İşləmədiyi müddət
İşlədiyi müddət
pH dəyərləri
Temperatur
Dezinfeksiya və dezinfeksiya formaları
Dezenfektan və dezenfektanların konsentrasiyası
Dezenfektan və dezenfektanların tsir müddəti
Tullantı dezenfektan konsentrasiyası
Tullantı miqdarı
Kimyəvi çənlərin izklənməsi
Emal olunan məlumatların ötürülməsi

Sistem girişinde təmizlənəbilən partikul filtri mövcuddur. Sistemin tibbi tullantı suyu toplama ve emal çənləri paslanmaz materiallardan hazırlanıb.