Xüsusiyyətləri
Aktivləşdirilmiş
karbon, ağac və yaxud kokosdan hazırlanmış təbii məhsuldur. Karbon
elementi adsorbent rolu oynayaraq çirkləndiriciləri və aktiv xloru udur. Filtrasiya
nəticəsində suyun şəffaflığı bərpa olunur, xoşagəlməz qoxu və dad aradan
qalxır.
Üstünlükləri
Maksimum
effektivdir. Aktivləşdirilmiş karbon həll olunan çirkləri tamamilə udmaq üçün
ən təsirli adsorbentlərdən biridir.
Ekoloji cəhətdən təmizdir. Karbon filtr elementləri xlor birləşmələrini,
fenolları, pestisidləri və digər çirkləndiriciləri aradan qaldırır.
Etibarlı və uzunömürlüdür. Avadanlıq üzünmüddətli və davamlı istismar üçün
nəzərdə tutulmuşdur. Filtrasiya bölməsinin yuyula bilməsi təmizləmə işini
yenidən bərpa edir.
Qurğuların təsviri
Karbon
filtrələr çox müxtəlif ölçülü və materiallardan ibarətdir. Aqualink
şirkəti istənilən axın həcminə uyğun olan karbon filtrələr təqdim edir. Bütün
karbon filtrələr avtomatik yuma sistemi ilə təchiz edilib. İstəyə
görə əlavə CİP dezinfeksiya sistemi və paslanmayan polad korpus ilə təchiz
edilə bilər.