Əks Osmos (RO)
su molekullarını yarımkeçirici membrandan keçirməyə məcbur etmək üçün təzyiqdən
istifadə edərək sudan çirkləndiriciləri çıxaran suyun təmizlənməsi prosesidir.
Bu proses zamanı çirkləndiricilər süzülür və yuyulur, təmiz, dadlı içməli su
qalır.
Xüsusiyyətləri
Əks Osmos
sistemləri qazanxana,ümumi istilik şəbəkələri, xəstəxana, dializ mərkəzləri, laboratoriyalarda,
kimya sənayesi və su istehsalında istifadə olunur. Pirogenləri
və bakteriyaları aradan qaldırır, çirkab su problemləri yaratmır. Emal olunan
suda 90% üzvi maddələr,98-99% isə qeyri-üzvi duzlar aradan qaldırılır.
Üstünlükləri
Turşu və qələvilərin
istifadəsi tələb olunmur. Kompakt dizayna malik olduğuna görə iş sahəsinə
qənaət edir. Qurğuların yüksək iş keyfiyyəti və etibarlılığı xidmət
prosesini və xərcləri minimuma endirir.
Qurğunun təsviri
Standart modulların istehsal gücü: 50 l/saat-60 m3/saatdır. Müştərinin tələblərinə
uyğun olaraq əks osmos qurğuları həm standart, həm də modul seriyası ilə
fərdi istehsal olunur. Qurğular yüksək keyfiyyəli seçilmiş elementlərlə
komplektləşir. Sistemlər elektron idarə olunur və suyun keyfiyyətinə avtomatik
rejimdə nəzarət ilə çalışır.