Xüsusiyyətləri
Istehsalat,
xidmət və inşaat sektorları üçün istifadəyə hazır və istifadəsi rahat olan
şassi üzərində quraşdırılmış su təmizləyici sistem Aqualink-ın standart
modul qurğusudur.Bu sistemlər "Plug&Play" (qoş və istifadə et)
prinsipi ilə hazırlanmışdır. Bu tipli su təmizləmə sistemləri hərbdə, inşaat ərazilərində,
müvəqqəti yerləşmə sahələrində, neft sənayesində və digər sahələrdə istifadə
edilir. Sistemə aktivləşdirilmiş təzyiqli su filtrləri, karbon filtrləri, su
yumşaldıcı, dozaj qurğusu, torba filtrləri, iki mərhələli Əks Osmos sistemi,
turşuluğu azaldan qurğu və idarəetmə paneli daxildir.
İş prinsipi
Suyun
hazırlanması filtrasiya, yumşaltma və demineralizasiya kimi bir neçə mərhələdən
ibarətdir. Bütün proses mərkəzi nəzarət paneli vasitəsi ilə tənzimlənir. Bu tip
stansiyalar yerində quraşdırılmalıdır. İstifadəçi və yaxud podratçının su təmizləmə
sistemləri üçün kifayət edəcək yeri yoxdursa və yaxud yeni yerin tikilməsi
iqtisadi cəhətdən sərfəli deyilsə, o zaman bu tipli hazır stansiyaların
quraşdırılması sizin üçün optimal və ən səmərəli variant ola bilər.