Yosunların nəzarət və monitorinqini LG Sonic ilə
aparın
Bu avadanlıq yosunların göl və su anbarlarında
nəzarəti üçün iqtisadi cəhətdən effektiv və tam həllini təmin etmək üçün özündə
su keyfiyyətinin onlayn yoxlanması və ultrasəs texnologiyasını birləşdirir.
Günəş enerjisi ilə ultrasəs dalğalarından
istifadə edilərək yosunların nəzarətdə saxlanılması
Yosun növündən asılı olaraq, müəyyən ultrasəs
parametrlərini ötürən bir və ya bir neçə LG Sonic quraşdırılması
lazımdır. Hər bir qurğu 500 m / 1600 fut diametrə bərabər olan sahələrdə
yosunları idarə edə bilir.
Su hövzələrində yosunlaşmanın effektiv idarəolunması
Mövcud yosunların 90%-ə qədərini məhv edir və
yeni yosunların yaranmasının qarşısını alır. Bundan əlavə, LG Sonic TSS,
BOD səviyyəsini aşağı salmağa və kimyəvi maddələrin istifadəsini azaltmağa
imkan verir.
Ətraf mühit üçün zərərsizdir
LG Sonic-in ultrasəs dalğaları balıq, bitki,
zooplankton və həşəratlar üçün tamamilə zərərsizdir. Avadanlıqlar aşağı
gərginlikdə işlədiyi üçün (5-20 Vt), suya yüksək gərginlik ötürülmür.
Zəhərli tullantıları mövcud deyil
Yosunların hüceyrə divarcığı zədələnməmiş olaraq
qalır, zəhərli maddələrin yosunlardan suya atılmasının qarşısı alınır.
Böyük su hövzələrində səmərəlidir
Hər bir LG Sonic qurğusu 500 m / 1600 fut
diametrə malik olan sahələrdə mövcud olan yosunlara nəzarət edə bilir. İri su
hövzələri üçün bir neçə avadanlıq quraşdırmaq mümkündür.
Minimal istismar xərcləri
Sistem günəş enerjisi ilə avtonom qaydada
işləyir və mütəmadi nəzarət prosedurlarının azaltmaq məqsədi ilə Aquawiper
sistemi ilə təchiz olunub.
Asan quraşdırma və istismar
Krana ehtiyac duyulmadan tez və asan bir şəkildə
quraşdırıla bilir. Quraşdirildıqdan sonra çox rahatlıqla istismar oluna bilir.
İşləmə qaydası
1. Suyun keyfiyyətinə nəzarət
LG Sonic hər 10 dəqiqədən bir aşağıdakı
parametrləri toplayaraq su keyfiyyətinin tam icmalını təqdim edir: xlorofil α
(yaşıl yosunlar), fikosianin (göy-yaşıl yosunlar), pH, bulanıqlıq, həll olunmuş
oksigen və temperatur.
2. Yosun çiçəklənməsinin pronozu
Toplanan məlumatlar real vaxt rejimində radio,
GPRS və ya 3G vasitəsi ilə şəbəkə proqram təminatına ötürülür. Tərəfimizdən
işlənib hazırlanan alqoritmin əsasında, konkret su şəraitinə uyğun olaraq
ultrasəs rpoqramını modifikasiya edə və yosunların çiçəklənəcəyini bir neçə gün
əvvəldən proqnozlaşdıra bilirik.
3. Yosunlara nəzarət
Ultrasəs proqramı qəbul olunan məlumatın
əsasında su şəraitinə və mövcud yosun növünə uyğun olaraq aktivləşdirilə bilir.
Beləliklə, mövcud yosunları aradan qaldırmaq və yeni yosunların böyüməsinin
qarşısını almaq olur.
Peyk idarə sistemi ilə yosunların yayılma
xəritəsi hazırlanır
Zondla tədqiq etmə vasitəsilə peyk texnologiyası
yosunların iri su hövzələrində paylanmasının çoğrafi xəritəyə dəqiq köçürməyə
imkan verir.
LG Sonic-in köməyi ilə artıq müəyyən əraziyə aid
yosun növlərinin dəqiq aşkarlanması da mümkündür. Uzaqdan zondla tədqiq edilən
peyk texnologiyasının inteqrasiyasının sayəsində iri su hövzələrində
yayılmanın tam icmalını əldə etmək mümkündür.
Su keyfiyyətinin qabaqcıl proqram təminatı
Real vaxtda su keyfiyyətinə dair məlumatlar
əsasında LG Sonic ultrasəs proqramı konkret şəraitə uyğun olaraq
modifikasiya edə bilir.
MPC-View proqram təminatı istifadəçilərə su
keyfiyyətinə və ultrasəs işlənməsinin gedişatına visual şəkildə nəzarət etməyə
imkan verir. Gölün cari vəziyyətini yoxlamaq, ultrasəs proqramını dəyişmək və
yosunların çiçəklənməsinin qarşısını almaq məqsədi ilə əməkdaşlarımız real
vaxtda su keyfiyyətinə aid eyni məlumatları əldə edir.
Asan quraşdırma və istismar
LG Sonic qurğusu krandan istifadə etmədən
cəld və asan şəkildə quraşdırıla bilir. Sistem quraşdırıldıqdan sonra xidmət
göstərilməsi üçün olduqca əlverişlidir.
LG Sonic Monitoring – asan yığılan və
quraşdırılan modul cihazlarıdır. Konstruksiya yüngül olduğu üçün, qurğunun
quraşdırılması və bağlanması üçün gölün mərkəzinə daşınması zamanı sizə yalnız
kiçik bir qayıq lazım olacaq.