Texniki Sulfat Turşusu

Tətbiq sahəsi

Sulfat turşusunun su hazırlanmasında əsas tətbiq sahələri:

Su təmizlənməTətbiq sahəsi Sulfat turşusunun su hazırlanmasında əsas tətbiq sahələri: Su təmizlənməsi Sulfitləşmə agenti kimi (Sulfonation agents) İon mübadilə qatranlarının regenerasiyası Xüsusiyyətləri Susuz sulfat turşusu sıxlığı 1,9203 q/sm3 olan adi şəraitdə rəngsiz, iysiz, yağabənzər ağır mayedir. 10,45°S-də donur, 296,2°S-də qaynayır. Su ilə istənilən nisbətlərdə qarışır. Qatı sulfat turşusu demək olar ki, bütün metallarla reaksiyaya girərək müvafiq duz (sulfat) əmələ gətirir. Hidrogen-yodidi və qismən də hidrogen-bromidi oksidləşdirərək sərbəst halogenə çevirir. Qızdırıldıqda bütün metalları (qızıl və platin müstəsna olmaqla) oksidləşdirir. Sulfat turşusu kation qatranlarda ion mübadiləsi üçün geniş istifadə olunur. Güclü asidik kation mübadilə qatranları (reçinə) sulfat turşusu və ya hidroxlorid turşusu ilə regenerasiya olunur. Qətranlarda toplaşmış kalsium (calcium), maqnezium (magnesium) və natriumu (sodium) efektiv şəkildə uzaqlaşdıraraq hidrogenlə əvəz edir. Regenerasiya üçün istifadə olunacaq sulfat turşusunun dəqiq konsentrsi


Sulfitləşmə agenti kimi (Sulfonation agents)

İon mübadilə qatranlarının regenerasiyası


 Xüsusiyyətləri

Susuz sulfat turşusu sıxlığı 1,9203 q/sm3 olan adi şəraitdə rəngsiz, iysiz, yağabənzər ağır mayedir. 10,45°S-də donur, 296,2°S-də qaynayır. Su ilə istənilən nisbətlərdə qarışır. Qatı sulfat turşusu demək olar ki, bütün metallarla reaksiyaya girərək müvafiq duz (sulfat) əmələ gətirir. Hidrogen-yodidi və qismən də hidrogen-bromidi oksidləşdirərək sərbəst halogenə çevirir. Qızdırıldıqda bütün metalları (qızıl və platin müstəsna olmaqla) oksidləşdirir. 

Sulfat turşusu kation qatranlarda ion mübadiləsi üçün geniş istifadə olunur. Güclü asidik kation mübadilə qatranları (reçinə) sulfat turşusu və ya hidroxlorid turşusu ilə regenerasiya olunur.  Qətranlarda toplaşmış kalsium (calcium), maqnezium (magnesium) və natriumu (sodium) efektiv şəkildə uzaqlaşdıraraq hidrogenlə əvəz edir. 

Regenerasiya üçün istifadə olunacaq sulfat turşusunun dəqiq konsentrasiyası, təmizlənmə dövründə olan sudakı kalsiumun miqdarına əsasən hesablanır.  Çünki tətbiq edilən sulfat turşusu qatranlarda toplaşan kalsiumları reaksiyaya girərək kalsium sulfat kimi aradan qaldırır.