ChemKomplex 520

Xüsusiyyətləri

ChemKomplex 520 ASC Əks Osmos Sistemləri və xam sularda istifadə edilən antiskalant kimyəvi vasitədir. Məhsul sudakı yüksək karbonat və sulfat sərtliyini bağlayaraq  yüksək silisium dəyərlərini kompleksləşdirir. ChemKomplex 520 ASC polimer karboksil və fosfon turşuları(asid) bazasında hazırlanır. Metal və əlvan metalları qoruyaraq tərkibində fosfat ehtiva etmir. Ən aşağı dozalarda belə yüksək nəticə əldə etmə imkanı, istifadəsini əlverişli və səmərəli edir. Tətbiq ediləcək doza nisbəti istifadə olunacaq suya uyğun olaraq təyin edilir.

Tərkibindəki bütün maddələr insan istehlakı üçün nəzərdə tutulmuş su hazırlanması standartlarına DIN EN 15040 görə təsdiq edilmişdir. TVO-nun 2006-cı ilin 11-ci paraqrafının 1-ci siyahısında  xüsusi fosfonlar ATMP və Akrilatlar adlandırılmışdır. 

 

Üstünlükləri

Zəif pH stabilləşdirici təsiri  az asidik xam sular üçün uyğundur. pH-dəyər tənzimlənməsi 9,3 = 0,2 alternativ pH dəyəri 6,0 - dır.

Qara və əlvan metalların mütləq korroziyadan mühafizəsini təmin edir.

Membran səthinə anionların və kationların, habelə silikatların yığılmasının qarşısını alaraq membranların istifadəsində maksimum səmərəliliyi təmin edir.

 

Tətbiq sahəsi

ChemKomplex 520 ASC Tərs Osmos membranlarına anionların və kationların düşməsinin qarşısını almaq üçün, Əks Osmos sisteminin membranlarına gedən xam sulara birbaşa tətbiq edilir.

 

İstifadəsi və dozaj nisbəti

ChemKomplex  520 ASC Əks Osmos Sisteminə daxil olan təzə suyun keyfiyyətindən asılı olaraq 5-30 ppm arası tətbiq edilir. Bu LSI-yə uyğun olaraq dozaj pompası və sayğac vasitəsilə ölçülərək (miqdara proporsional nəzarət) əlavə edilir.

 

Dozaj cədvəli

   Tətbiqi Dozaj pompası vasitəsilə 

   5-30 ppm

   30 ppm doza dəyərində konsentratda Max. əldə ediləcək səviyyə 

   1,5 mq / L

 

Digər Məlumatlar

Məhsul kodu: 01850030

Mövcud qablaşdırma: 30kg