Tullantı su təmizləmə sistemləri

Hazır paket təmizləmə sistemləri

 Tullantu su sistemləri, məişət tipli tullantı sularının təmizlənməsində istifadə edilən ən əlverişli sistem olan ardıcıl kəsikli reaktor (SBR) prinsipi ilə işləməkdədir. Xam tullantı suyu əvvəlcə səbət tipli süzgəcdən keçərək qatı maddələrdən təmizlənir və ön çökdürmə hovuzunda toplanılır. Daha sonra bioloji təmizləməyə başlamazdan öncə balans hovuzunda depolanır. Balans hovuzundan doldurulan su istəyə görə hava ilə qarışdırılır. Buradan bir dalğıc pompası ilə alınan çirkli su reaktora verilir və reaktordakı aerobik bakteriyaların köməyi ilə tullantı suyun təmizlənməsi həyata keçirilir. Aerobik bakteriyaların ehtiyacı olan hava çənin daxilində olan bloverin (blower) köməyi ilə verilir.


 Beton sistemlər

 Blover (blower) verilən hava reaktora hava difüzorları yardımı ilə qaqbarcıqlar halında paylaşdırılır. Havalandırma prosesinin sonunda çökdürmə prosesi aparılır və aktiv palçıq olaraq ifadə edilən bioloji kütlə aşağı çökdürülərkən təmiz su yuxarıda qalır. Təmizlənmiş su reaktor daxilindəki dalğıc pompası ilə alınır və çənə desarj edilir. Desarj zamanı təmizlənmiş su davamlı olaraq natriumhipoxlorid ilə dezinfeksiya edilir.


 Aqualink Caspifloc multi baryerli qoruma

Aqualink Caspifloc paket su təmizləmə sistemi təmizlənməsi çətin olan yerüstü suları, yeraltı suları, sənaye prosesi suları və çirkab suları üçün çox mərhələli qoruma təmin edir. Aqualink Caspifloc ultra-incə dizayn paketi yüksək sürətli çökdürmə, adsorbsiya və durultma, qarışıq media filtrasiya və sifarişə bağlı əlavə UV dezinfeksiya ilə orijinal sistemimizin ən son yeniliyidir. Yeni CaspiFloc sisteminin multi baryer təmizləmə mərhələləri üstün və effektiv olaraq yüksək tullantı su təmizləmə performansı təmin edir.
 

Boz su təmizləmə sistemləri

 Məişət tullantı suları qara və boz su olmaq üzrə iki kateqoriyaya ayrılır . Digər tullantı suları ilə müqayisə edildiyi zaman boz suyun tərkibində olduqca az bəsləyici maddə (nutrient) vardır . Bu səbəblə təmizləmə xərcləri çox azdır, təmizlənməsi daha asandır və əlavə dezinfeksiyaya ehtiyac yoxdur . Boz su duşdan, hamamdan, əl -üz yuyandan, mətbəxdən, qabyuyan -paltaryuyan maşından gələn sulardır . Təmizlənmiş boz su əkinçilikdə sulama, tualet çənləri, bəzək hovuzları, sənaye və ya texniki məqsədlə istifadə edilir. Greyline boz su təmizləmə texnologiyası Aqualine PTFE MBR sistemlərinə əsaslanır . İstifadəyə hazır olan standart sistemlər olduğu kimi, sifariş əsasında tədarükçüləri üçün xüsusi sistemlər də hazırlanır.

 

MBR sistemləri

MBR sistemləri maye qatı seqreqasiyası üçün son çökdürmə hovuzu yerinə mikro məsamə diametrli membranların istifadə etdiyi asqıda böyüyən aktiv palçıq sistemləridir . MBR biolojik olaraq parçalana bilən komponentlərin, mikrobların, bulanıqlığın, səthi aktiv maddələrin təmizlənməsi məqsədi ilə istifadə edilə biləcək yüksək çıxış suyu keyfiyyətinə sahib, baxım və müəssisə xərcləri az olan yeni bir texnologiyadır . Şərti tullantı su təmizləmə sistemlərinə nisbətən üstünlükləri üzvi maddələrin atılmasında yüksək göstəricidə olması, təmizlənməsi çətin olan tullantılara tətbiq edilə bilməsi, müssisələrdə istehlak həsminin artmasına şərait yaratması, az palçıq verməsi, çıxış suyunun yüksək keyfiyyətdə dezinfeksiyası, yüksək yükləmə sürəti, daha az kirlənmiş palçıq meydana gəlməsi və reaktor üçün ehtiyac hiss edilən sahənin kiçik olması sayıla bilər.