ChemKomplex 200

Qazanxana sularında saf buxar (sterilizasiya buxarı) istehsalı üçün oksigen bağlayıcısı olaraq və aşınmaya (korroziyaya) qarşı qoruyucu xüsusiyyətləriylə geridə qalan sərtliyin stabilizə edilməsində istifadə edilir. 


TətbiqiDozajpompası vasitəsilə 
(həcm-proporsionalnisbətdə )

50-150 ppm

Sistem yuma

500 ppm - dən

Müasir, innovativ pH stabilizator, sərtlik tutucu və aşınmadan təsirli müdafiəni özündə   birləşdirən formul

Alüminium və əlvan metalların mütləq korroziyadan mühafizəsi

Multi-metal sistemləri üçün effektiv korroziyadan mühafizə

Atmosferdən törəyən  korroziyaya qarşı davamlılıq
Ətraf mühitə dost. Almaniya Federativ Respublikasının cari Tullantı Suları Əsasnaməsinə uyğundur   (AbwV Əlavə 31)
Kristallaşmanın qarşısının alınması
Mövcud formalaşmış ərp və kristal yataqlarının tədricən həll edilməsi
 
Xüsusiyyətləri 
Natrium sulfid əsaslı bu maye məhsul reduksiya ilə sərbəst oksigeni bağlamaqdadır. pH-i sabitləşdirən alkalifosfatlar ilə təxminən 30 dH'yə qədər geridə qalan sərtliyi birləşdirir və fosfat miqdarını tənzimləyir və qazan suyundakı alkalitliyi sabitləşdirir. Polikarboksilatların, fosfonatların və aminofosfonatların əlavə edilməsi stabilizasyonu və aşınmaya qarşı müdafiəni yaxşılaşdırır. Buxarlanan maddələr ehtiva etməz. Qida maddəsi müəssisələrində və xəstəxanalarda istifadə edilə bilər. DİN qaydalarına uyğundur.
 
Tətbiq sahəsi
ChemKomplex 200 sənaye tipli buxar qazanları sistemlərində istifadə olunur.Qazanın bəsləmə sularındakı qalıq oksigeni bağlayır, daimi sərtliyi stabilləşdirir, korroziyaya qarşı mühafizə edir. ChemKomplex 200 kalsium və kristal çöküntülərin istilik transfer səthlərindən tədricən həll edilməsi üçün də uygundur.
 İstifadəsi və dozaj nisbəti
 ChemKomplex  200 tətbiq dozası qazan bəsləmə suyunda olan oksigenin miqdarına uyğun olaraq dəyişir.  1ppm ChemKomplex200 suda olan 0,013 mg/l oksigeni bağlayır. ChemKomplex 200 elə dozajlaşdırılmalıdır ki, qazan suyunda 5-15 ppm və 10-30 ppm artıq sulfid fosfat suda aşkar edilə bilinsin.
 Dozaj cədvəli
 
Digər məlumatlar
Məhsul kodu: 01808032
Mövcud qablaşdırma: 5kg, 10kg, 30kg, 220kg, 1000kg 
Üstünlükləri