“FLUSHING”-də məqsəd
İsitmə və soyutma qapalı dövr sistemləri, soyutma qüllələri, buxar qazanları, buxar generatorları kimi termal mexaniki avadanlıqlarda istehsal sənaye prosseslərində termal transfer axını olaraq istifadə edilən suların, kirəçlənmə, çöküntü, lillənmə, aşınma (korroziya) ve biolojik aktivasiya təsirləri mövcuddur. Bu kimi təsirlər səbəbi ilə meydana gələn çöküntülər, enerji israfına, vaxt və əmək itkisinə yol açmaqdadır. Bu səbəblə yeni istehsal edilmiş ya da istifadə olan isitmə-soyutma qapalı dövr sistemləri ilə xüsusi məqsədlərə görə çalışan termal prosseslərdə flushing əməliyyatlarının ixtisaslı texniki işçilər tərəfindən tətbiq edilməsi vacibdir.
Çirklənməni yaradan səbəblər
“Flushing”, sözünün mənası bol miqdarda su ilə yuma olub, qapalı dövr sistemlərə edilən "ilk yuma" üsulu kimi təsnif edilmişdir. Avadanlıq və boru divarlarına yapışan qalıqların, çirklərin yalnız su ilə yuyularaq aradan qaldırılması, təmizlənməsi mümkün deyil. Yalnız su ilə edilən “flushing” sadəcə səthlərdəki sadə çöküntülərin bir hissəsini təmizləyir. Boru səthlərindəki yağlı təbəqəyə isə təsir etmir. Bu cür tətbiq nəticəsində suda ölçülən “ΣFe” dəyərləri aşağı olaraq ölçülür. Ancaq bu ölçüm aldadıcıdır. Çirklərin böyük hissəsi kimyəvi və fiziki-kimyəvi xassələrlə səthlərə yapışmaqdadır. Bu çirklərndiricilərin aradan qaldırılması
məqsədilə cihaz, avadanlıq və borulara zərər verməyən fiziki və kimyəvi xüsusiyyətlərə sahib kimyəvi maddələrin dəstəyi ilə
“Flushing” tətbiq edilməlidir.
“Flushing”də kimyəvi maddənin təsir gücü və əlavə olaraq sudakı oksigenin korroziya təsiri nəzərə alınaraq proses müəyyən zaman zaman çərçivasində həyata keçirilməlidir. Əməliyyat sonrasında, boru, avadanlıq və cihazların boru xəttləri təmizlənmiş olduğundan, alınan əlavə su içərisindəki oksigenin korroziya təsiri ən yüksək səviyyədə olacaqdır. Bu səbəblə, yaxalama sonrasında kimyəvi qoruma proqramı təxirə salınmadan başladılmalıdır. “Flushing” üsulu tətbiq etmədən kimyəvi qoruma proqramına başlanması, gözlənilən qoruma təsirini göstərməyəcəyi kimi suyun xüsusiyyəti və çirkləndiricilərə bağlı olaraq korroziya və lillənməni sürətləndirəcəkdir.
Metallardan istehsal olunan boruların istehsal mərhələsində, qəlib ilə forma vermə və anbarlarda saxlama zamanı havada olan nəm və O2-nin oksidləşdirici (korroziv)
təsirlərindən qorumaq məqsədi ilə müxtəlif çeşidli yağlı qoruyucu maddələr vurulur. Qapalı dövr sistemini formalaşdıran boru iç səthindəki yağlı təbəqə sudakı mövcud kimyəvi tərkibi tutaraq və qısa zaman içərisində lillənmə yaradır. Mexaniki boru sisteminin struktur xarakteristikaları ilə suyun kimyəvi tərkibi zaman keçdikcə sərtləşərək qalın təbəqə yaranır. Boru sisteminin emalı mərhələsində olan qaynaq birləşmələri dəmir qalıntıları ilə inşaat ərazisindən formalaşan qeyri-üzvi toz və hissəciklər boru sisteminin içərisində qalır. Qeyd edilən hissəciklər dövrə içərisində təzyiqli suyun təsiri ilə daşınaraq, pompa, istilik dəyişdiricisi, serpantin qazan, siyirtmələr və bənzər cihazların bağlantı nöqtələri ilə içərisinde və əlavə qurğularında toplanır. Qatı sərt təbəqələşmə və qalıqlar, çeşidli korroziya növlərinin yaranmasını sürətləndirməkdə, bu qatı təbəqə isə termal ötürücülük qabiliyyətini azaltmaqda və maye axını rejiminə mənfi təsir göstərməkdədir.
Mənfi təsirlər
Bu nəticələrin təsirindən ilə mexaniki boru sistemindəki cihazların və avadanlıqların iş səmərəliliyi əhəmiyyətli dərəcədə azaldığı kimi faydalı iş əmsalı və ömrü azalaraq istifadəyə yararsız hala düşür. Nəticədə enerji itkisi (yanacaq, elektrik), istismar [əmək, maddi] xərcləri artır, işdə dayanmalar və təmir səbəbindən ümumi əməliyyat xərcləri artır. Mexaniki qurğulara mənfi təsir göstərən digər bir risk isə sistemə su ilə bərabər daxil olan bakteriyaların və yaxud xarici təsirlərin borulara nüfuz etməsidir. Sistemdəki bakteriya təsirinin mövcudluğu sistemdə tətbiq olunacaq kimyəvi müdafiə proqramlarının səmərəliliyinin azaldılması ilə bərabər
və istilik cihazlarının istilik ötürülməsinə mənfi təsir göstərir.
Bu səbəblə yeni istifadəyə verilmiş və ya istifadədə olan istilik və soyutma qapalı dövr sistemləri, xüsusi məqsədlər üçün istifadə edilən termal proses avadanlıqlarında texniki heyətimiz tərəfindən yuyulma prosesini səmərəli şəkildə tətbiq edilməsini tövsiyə edirik.